“Türk Hava Yolları”nın xabı İstanbulun üçüncü aeroportu olacaq
10 YANVAR
272

“Türk Hava Yolları”nın xabı İstanbulun üçüncü aeroportu olacaq

Türk Hava Yolları” aviaşirkəti 2017-ci ili uğurla başa vuraraq qarşısına cari il üzrə yeni hədəflər qoyur. "THY"-dən Turizm.fins.az-a verilən məlumata görə, 2018-ci ildə “Türk Hava Yolları”nın xabı İstanbulun üçüncü aeroportu olacaq (hazırda inşa olunan dünyanın ən iri hava limanı).

“Türk Hava Yolları”nın İdarə Heyətinin və İcrayyət Komitəsinin sədri İlker Aycının rəhbərliyi altında şirkətin Direktorlar Şurası tərəfindən təsdiqlənmiş konsolidə olunmamış büdcəyə əsasən, 2018-ci il üçün aviadaşıyıcının qarşısında növbəti hədəflər qoyulub:

 

Nəqliyyat şəbəkəsinin inkişafı

  •          Daşınan sərnişinlərin ümumi sayı 74 milyona çatacaq ki, onlardan 33 milyonu daxili, 41 milyonu isə beynəlxalq aviareyslərdən yararlanacaq.
  •          Reyslərin yüklənmə səviyyəsi 79-80% təşkil etdiyi halda kreslo-kilometrlərin sayı 2017-ci il ilə müqayisədə təxminən 5-6% artaraq və 183 milyarda çatacaq. Minik yerlərinin sayı Türkiyə üzrə 10%, Yaxın Şərq üzrə 9%, Avropa üzrə 6%, Uzaq Şərq üzrə 6%, Amerika üzrə 4% və Afrika üzrə 3% artacaq.
  •          2018-ci ildə yükdaşımaların həcmi 21% artaraq 1,3 milyon tona çatacaq.

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır