2018-ci ildə "TYH"-nin mədaxili bu qədər olacaq
10 YANVAR
380

2018-ci ildə "TYH"-nin mədaxili bu qədər olacaq

2018-ci ildə aviayanacağın istehlakı ötən illə müqayisədə 9% artacağı gözlənilir. "Türk Hava Yolları"ndan Turizm.fins.az-a verilən məlumata görə,   2018-ci ildə aviayanacağın orta qiyməti (hecləmə daxil olmaqla) 633 ABŞ dolları/ton təşkil edəcək. Proqnoza əsasən, 2018-ci ildə şirkətin mədaxili 11,8 milyard ABŞ dolları təşkil edəcək. Yerləşdirilmiş kreslo-kilometrin dəyəri (CASK), yanacağın dəyəri istisna olmaqla, 3-5% artacaq. EBITDAR üzrə konsolidə olunmamış rentabellik (vergi, faiz, amortizasiya, icarə və lizinq xərclərinə ayırmalardan öncəki mənfəət) təxminən 21-22% təşkil edəcək, halbuki EBITDAR üzrə konsolidə olunmuş rentabellik 23-24% təşkil edəcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır