Astana aeroportu müvəqqəti bağlanıb
11 YANVAR
309

Astana aeroportu müvəqqəti bağlanıb

Astana (Qazaxıstan) aeroportu bu gün səhər qeyri-sabit hava şəraiti ilə əlaqədar bağlanıb.

Turizm.fins.az Report-a istinadən xəbər verir ki, “Astana şəhərindəki Nursultan Nazarbayev beynəlxalq hava limanı qeyri-sabit hava şəraiti səbəbindən uçuşların təhlükəsizliyini təmin etmək məqsədi ilə yerli vaxtla saat 13:00-dək bağlanıb. Sərnişinlərə aviaşirkətlər vasitəsilə uçuşlar haqqında məlumatları dəqiqləşdirmələri məsləhət olunur”, - xəbərdə qeyd olunub

Astanada səhərdən güclü küləklə müşayiət olunan qar yağır, yollarda görmə məhdudiyyəti müşahidə olunur. Məktəblərdə birinci növbədə olan I-XI siniflərin dəsrləri təxirə salınıb.

Qeyd edək ki, bu gün saat 22:50-də “Air Astana” aviaşirkətinin Astana-Bakı marşrutu üzrə reys həyata keçirəcək təyyarəsi saat 23:50-də əks istiqamətdə yola düşəcək və bu reyslərlə bağlı hələlik heç bir xəbərdarlıq yoxdur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır