Cənub bölgəsində otellər - QİYMƏTLƏR
16 YANVAR
502

Cənub bölgəsində otellər - QİYMƏTLƏR

Ölkəmizdə əcnəbi turistlərlə yanaşı yerli turistlərin də səfər etdiyi məkanlardan biri də ölkəmizin cənub bölgəsidir. Bu bölgə öz suptropik meyvələri ilə yanaşı gözəl təbiəti ilə də daim turistlərin zövqünə oxşayır. Odur ki, bunu nəzərə laraq Turizm.fins.az cənub bölgəsində olan otellərin qiymətləri ilə maraqlanıb.

“Qafqaz Sahil otel”

4 ulduzlu otel Lənkəran ərazisində yerləşir. Mehmanxanın qiymətlərinə gəlincə isə iki nəfərlik standart otaqların qiyməti 67 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir. Spa xidmətlərdən istifadə üçün isə bir saat üçün əlavə 10 manat ödəmək lazım olacaq.

“Xan Lənkəran otel”

Adı çəkilən mehmanxana Lənkəranda yerləşir. Otel 4 ulduzludur. Burada ailəli qonaqlar üçün nəzərdə tutulmuş otaqlar hazırda 60 manata təklif edilir. İki nəfərlik VİP otaqlar isə 90 manatadır. Yarım lüks otaqlar isə 70 manatadır. Qeyd edək ki, nömrələrin əksəriyyətində qiymət endirimləri edilib. Belə ki, 100 manata olan VİP otaqlar indi 90 manata təklif edilir. Digər nömrələrdə isə 10 manat civarında endirimlər edilib.

“Palıdlı Sahil otel”

Lənkəran bölgəsində digər bir otel isə Palıdlı Sahil otelidir. Mehmanxanada iki nəfərlik standart otaqların qiyməti 50 manatdan başlayır. Lakin bu qiymətə səhər yeməyi daxil deyil.

“Xəzər Palace otel”

Cənub bölgəsində öz gözəlliyi ilə seçilən otellərdən biri də 5 ulduzlu Xəzər Palace otelidir. Oteldə iki nəfərin qonaqlaması 100 manata başa gələcək. Bu qiymətə səhər yeməyi və spa xidmətlər daxildir.

“Viləş Palace otel”

Adı çəkilən 4 ulduzlu mehmanxana Masallı rayonu ərazisində yerləşir. Oteldə iki nəfərin qonaqlaması 60 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir.

“Karal otel”

Masallıda yerləşən bu mehmanxana şəhər dəmiryolu vağzalından 10 dəqiqəlik məsafədə yerləşir. Oteldə 2 nəfərlik standart oteldə qonaqlamaq 30 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir.

"Mandarin otel"

Lənkəranın Göyşaban kəndində yerləşən Lənkəran oteli də bir çox turistlərə tanışdır. Bu otaqda iki nəfərin qonaqlaması 50 manatdır. Bu qiymətə səhər yeməyi də daxildir. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır