AZAL İstanbul və Kiyev istiqamətində endirimlər edib - QİYMƏTLƏR
18 YANVAR
1311

AZAL İstanbul və Kiyev istiqamətində endirimlər edib - QİYMƏTLƏR

"Azərbaycan Hava Yolları" (AZAL) qış aksiyası çərçivəsində xüsusi endirimlər edib. Turizm.fins.az xəbər verir ki,2018-ci il yanvarın 18-dən fevralın 28-dək olan dövr ərzində aşağıda göstərilən istiqamətlərə qiymətlər bu cür olacaq.

Bakı-İstanbul-Bakı – 159 avro

İstanbul-Bakı- İstanbul – 179 USD

Bakı-Kiyev-Bakı – 169 avro

Kiyev-Bakı-Kiyev – 199 USD

Qiymətə bütün rüsum və yığımlar daxildir. Uçuş dövrü: 2018-ci il yanvarın 21-dən martın 3-dək olacaq.

 

Qeyd edək ki, endirimli qiymətə aviabiletlərin sayı məhduddur. Aviabiletin qiymətinə baqajın pulsuz daşınması (23 kq-dək 1 yer), əl yükü (10 kiloqrama qədər, ölçüləri 55*40*23 sm) və təyyarə göyərtəsində isti yemək daxildir.

Endirimli aviabiletləri uçuşa ən azı 72 saat qalmış AZAL-ın kassalarında, www.azal.az saytında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək lazımdır. Balların avtomatik hesablanması üçün aviabiletin alınması prosesində müvafiq xanada AZAL Miles iştirakçısının unikal nömrəsini daxil etmək kifayətdir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır