İstanbul 129 ölkəni geridə qoyur
08 FEVRAL
228

İstanbul 129 ölkəni geridə qoyur

İstanbul şəhəri əhalisinin sayına görə hazırda dünyanın 129 ölkəsini geridə qoyur. Türkiyə Statistika İnstitutunun hesabatında qeyd edilir ki, hazırda meqapolisdə 15,3 milyon sakin yaşayır. Yeri gəlmişkən, ötən ilin sonlarında Türkiyədə əhalinin siyahıyaalınması keçirilib. Ölkədə hazırda 80,8 miyon əhali yaşayır ki, bunun da 18,6 faizi məhz İstanbulda məskunlaşıb. Məlumatı “The Daily Sabah Newspaper” qəzeti verib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır