AZAL 7 milyon avroluq layihənin açılışını etdi
09 FEVRAL
855

AZAL 7 milyon avroluq layihənin açılışını etdi

Heydər Əliyev Beynəlxalq Aeroportunda Azərbaycan Hava Məkanından İstifadə, Strategiya və İnkişaf üzrə Səmərəlilik Mərkəzinin (ASEC) rəsmi açılış olub.

Bakıda ASEC Mərkəzinin tikintisi üzrə Hökumətlərarası Memorandum "Azərbaycan Hava Yolları" (AZAL) QSC və Fransanın “THALES” şirkəti  arasında imzalanıb  “Thales” şirkəti üçün pilot layihə sayılan bu layihənin ümumi dəyəri 7 milyon avro təşkil edir.   

ASEC Mərkəzinin açılması ilə əlaqədar olaraq keçirilən tədbirdə “Azərbaycan Hava Yolları” QSC-nin Prezidenti Cahangir Əsgərov, Fransanın Azərbaycandakı Səfiri Orelia Buşez, “Azəraeronaviqasiya” (AZANS) Hava Hərəkəti İdarəsinin Direktoru Fərxan Quliyev, “Thales International” şirkətinin birinci vitse-prezidenti Rafael Eskinazi və digərləri iştirak edib.  

 Mərkəz aşağıdakı funksiyaları həyata keçirir:

 - regional səviyyədə marşrut şəbəkələrinin inkişafı;

- hava hərəkəti axınının və hava məkanının buraxılış qabiliyyətinin planlaşdırılması və idarəedilməsi; 

- səmərəli sıxlıq və buraxılış qabiliyyətinin artırılması məqsədilə hava hərəkəti axınlarının istiqaməti üzrə “Eurocontrol” ilə koordinasiya; 

- hava məkanından istifadə üzrə monitorinq, təhlil, statistik məlumatların və hesabatların hazırlanması;

- hava məkanının sıxlığının təhlili;

- hava hərəkəti axınının dəyişdirilməsinə vaxtında reaksiya məqsədilə hava məkanının modelləşdirməsi;

- Azərbaycanın hava məkanının potensial istifadəçiləri bazarının araşdırılması və onların cəlb edilməsi.

 Hazırda Azərbaycan Respublikasının ərazisi üzərindən 90 mindən çox tranzit uçuşlar yerinə yetirilir.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır