B2B-nin aylıq yığıncağı
12 FEVRAL
172

B2B-nin aylıq yığıncağı

B2B Aylıq Yığıncaqlar | B2B Monthly Gathering turizm, qonaqpərvərlik və periferik sektorların peşəkarları üçün əlverişli və səmərəli biznes platformadır.
Yığıcaqlar formal və qeyri formal hissələrdən ibarət olaraq hər ay keçirilir. Formal hissə müxtəlif mövzular ətrafında çıxışlar və müzakirələrlə, qeyri formal hissə isə banket və iştirakçılar arasında ünsiyyətlə müşahidə olur.
 
ASSOSIASIYANIN YIĞINCAQLARI SƏNAYEMİZDƏ ÇALIŞAN PEŞƏKARLAR ARASINDA TƏCRÜBƏ MÜBADİLƏSİ, DAHA SIX ƏMƏKDAŞLIQ İMKANLARI, PERİFERİK SEKTORLAR ÜÇÜN İSƏ TƏKLİF ETDİKLƏRİ MƏHSUL VƏ XİDMƏTLƏRİN TƏQDİMATI ÜÇÜN SƏMƏRƏLİ İMKANLAR YARADIR.
 
  • MƏRUZƏLƏR VƏ PROQRAM
  • "OTELLƏRDƏ SATIŞ STRATEGİYASI" mövzusu ilə Katerina Ponomarenko, Hyatt Regency Baku Hotel in Satış və Marketinq Direktoru çıxış edəcək.
  • Ukrayna Səfirliyinin rəsmisi Azərbaycanla turizm mübadiləsi və təmsil etdiyi ölkənin turistlərinin üstünlük verdikləri xidmətlər, bu turistlərin milli xüsusiyyətləri haqqında məruzə ilə çıxış edəcək.
 
  • Partnyorların təqdimatları keçiriləcək.
 
  • Proqram:
  • 18.30 - Qeydiyyat
  • 19.00 - Assosiasiyanın nümayəndəsinin salamlama çıxışı / Əməkdaşlıq Memorandumlarının imzalanması
  • 19.05 - 1-ci HİSSƏ | Yuxarıda qeyd olunmuş spikerlərin çıxışları (reqlament 15 dəqiqə)
  • Sponsorların\Tərəfdaşların təqdimatları
  • 20.00 - 2-ci HİSSƏ | BANKET | İştirakçılar arasında qeyri-formal ünsiyyət / Qəhvə dequstasiyası
  • 21.00 - 3-cü HİSSƏ | Assosiasiyanın yeni ÜZVLƏRİNİN təqdimatı
  • 21.15 - Yekun söz | Asssosiasiyanın rəsmiləri | İştirakçıların istək və arzularının müzakirəsi.
 
TƏDBİRDƏ SİZİ GÖRMƏYƏ ŞAD OLARIQ !
 
 
ƏLAQƏ : Hotellər və Restoranlar Asosiasiyasının OFİSİ | 0124347877 | 0506610075
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır