"Dünyanın ən lüks həbsxanası" - yenidən otel oldu
12 FEVRAL
437

"Dünyanın ən lüks həbsxanası" - yenidən otel oldu

Səudiyyə Ərəbistanda şahzadələrin tutulduğu "dünyanın ən lüks həbsxanası" adlandırılan Ər-Riyaddakı Ritz-Carlton, yenidən otel olaraq xidmət verməyə başladı.

Lüks Ritz-Carlton Riyad oteli, 11 Səudiyyə şahzadəsinin tutulduğu yer halına gəldikdən sonra "dünyanın ən lüks həbsxanası" kimi dəyərləndirilmişdi.

Şahzadələrin sərbəst buraxılmasının ardından adını "həbsxana" olaraq eşitdirən Rits-Karlton, 3 aylıq aradan sonra yenidən otel olaraq xidmət verməyə başlayıb.

Təxminən 2 min kvadratmetrlik sahəyə malik olan oteldə ümumilikdə 492 otaq var.

Səudiyyə Ərəbistan rəhbərliyi, nəzarətə alınan şahzadələrin lüks oteldə tutulmasının səbəbini "ən etibarlı həll" olaraq açıqlayıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır