İtaliyada “1 avroya evlər” satılır
12 FEVRAL
1540

İtaliyada “1 avroya evlər” satılır

Düşən əhali nüfuzunu yenidən artırmaq üçün, İtaliyada yerləşən Sardiniya adasının Ollolai kəndində 200 evin hər biri təxminən 1 avroya satılır.  Ancaq, bələdiyyə başçısının sudan ucuz evləri satın almaq istəyən şəxslərə mühüm bir şərti vardır.

Əhalisi son otuz il ərzində yarıya düşən Ollolai qəsəbəsindəki xalqın əksəriyyətini orta yaşlı uşaqsız cütlər təşkil edir.

Ollolai bələdiyyə sədri Efisio Arbau, qəsəbədə hər il yalnız bir neçə körpə anadan olduğundan, “1 avroluq evlər” layihəsini başladaraq əhalinin sürətlə düşməsinin qarşısını almağa qərar verib.

Ancaq, Arbau, xərclərlə yanaşı, evlərin üç il ərzində yenilənməsi üçün alıcıdan öhdəlik almaq istəyir.

Tərk edilmiş vəziyyətdə olan və illərdir kimsənin ayaq basmadığı evlərin bərpa dəyərinin təxminən 30 min avro olacağı güman edilir.

Digər tərəfdən, evin satılmasına alımdən beş il sonra icazə verilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır