“Booking.com” Türkiyə bazarına geri qayıdır?
14 FEVRAL
132

“Booking.com” Türkiyə bazarına geri qayıdır?

Onlayn səyahət portalı "booking.com" yenidən Türkiyədə fəaliyyətə başlayacaq.

Fins.az xəbər verir ki, şirkət “LinkedIn” platforması üzərindən elan edib ki, Türkiyə şöbəsi üçün nümayəndə axtarır.

Qeyd edək ki, qonşu ölkədə “booking.com”un fəaliyyəti Türkiyə Səyahət Agentlikləri Birliyinin (TÜRSAB) şikayəti əsasında dayandırılmışdı.

Platformanın bağlanmasına səbəb kimi isə türk vətəndaşlarına Türkiyə sahillərindəki hoteləri (rezervasiya) satmağa başlaması olmuşdu. TÜRSAB-ın rəsmisi ötən il verdiyi açıqlamada demişdi ki, haqsız rəqabətdən dolayı “booking.com” un fəaliyyətini dayandırmaq qərarı alınıb.

Fəaliyyətləri dayandırılandan sonra belə şirkət ölkənin rəsmi şəxsləri ilə olan əlaqələri dayandırmamış, geri qayıtmaq prosesini sürətləndirməyə çalışmışdılar.

Hələ bir ay bundan öncə, Mədəniyyət və Turizm nazirliyinin nümayəndəsi Ahmet Temurci bəyan etmişdi ki, “booking.com”un rəsmiləri ilə danışıqlar gedir: “Onlar müəyyən edilmiş cəzanı ödəməyə hazırdırlar. Səyahət platforması yaxın zamanda Türkiyə bazarına geri qayıdacaq”, - deyə nazirliyin sözçüsü mətbuata açıqlamasında demişdi.

© Facemark.az 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır