Dünyanın ən hündür hoteli açıldı - GEVORA
15 FEVRAL
314

Dünyanın ən hündür hoteli açıldı - GEVORA

Dubayda dünyanın ən hündür hoteli açılıb. Belə ki, 75 mərtəbəli binanın hündürlüyü 356 metrdir.

Turizm.fins.az xəbər verir ki, "Gevora" adlı yeni hotel şeyx Zayed küçəsində, Beynəlxalq Maliyyə Mərkəzinin yanında yerləşir. Kompleksi biznesmen Məcid əl-Attar tikdirib.

Hoteldə 500-dən çox nömrə, eləcə də 5 restoran var. Mehmanxananın damında bütün şəhərə görünüşün açıldığı restoran yerləşir.

Qeyd edək ki, hündür hotellər üzrə əvvəlki rekord da Dubaya məxsusdur. 72 mərtəbəli iki qüllədən ibarət olan "Marriott Marquis" mehmanxanasının hündürlüyü 355 metr təşkil edir.

 

Image result for Gevora hotel
Image result for Gevora hotel
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır