Azərbaycanlılar ən çox bu sahələrə səfər etməyi xoşlayırlar
15 FEVRAL
190

Azərbaycanlılar ən çox bu sahələrə səfər etməyi xoşlayırlar

Azərbaycanlıların əksəriyyəti Bayramlarda səyahət etməyi çox sevir ki, onların sa 60%-i bunu ailələri ilə birlikdə həyata keçirməyi üstün tuturlar". Turizm.fins.az xəbər verir ki, bunu Bakıda keçirilən "B2B Luxury&MICE workshop"unda çıxış edən adıçəkilən layihənin müəllifi Marya Qarbaçeva (Maria Garbacheva) deyib.

M.Qarbaçevanın sözlərinə görə, bir sıra xüsusiyyətlərinə görə, Azərbaycan, Gürcüstan və Qazaxıstandan olan səyahətçilər oxşardır:

"Azərbaycanlılar daha çox dəniz sahilində olan turistik məkanlara səyahət etməyi xoşlayır. Xüsusən də həmin ərazilərdə tarixi məkanlar olmalıdır. Həmçinin onlar luxury turizmi, xüsusən də brend içkiləri dadmağı çox sevirlər".

Tədbirdə çıxış edən Pasha Travelin rəhbəri Florian Sengsstschmid isə deyib ki, son zamanlar müştərilər biletləri onlayn almağa üstünlük verirlər. O, həmçinin neft qiymətlərinin aşağı olduğu müddətdə bu üstünlüyü nəzərə almayan British Airways və Austrian Airlinesin çətinliklə qarşılaşdığını qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır