Azərbaycanda istirahət etmək bahadır yoxsa ucuz?- CAVAB
15 FEVRAL
324

Azərbaycanda istirahət etmək bahadır yoxsa ucuz?- CAVAB

Bu gün paytaxt Bakıda ənənəvi olaraq hər il keçirilən B2B Luxury & MİCE Workshop  tədbiri keçirilib. Azərbaycan partnyor şirkətləri ilə Böyük Britaniyanın TMİ Colsuntancy  şirkətinin birgə işi olan tədbirdə yerli turizm şirkətləri ilə yanaşı  Almaniya , İtaliya,Fransa,Xorvatiya, Maldiv və Sloveniyadan olan təmsilçilər iştirak edib. İlk dəfə bu mötəbər tədbirdə təmsil olunan və əsas təşkilatçılardan olan Sloveniya Turizm Assosiasiyasının nümayəndəsi Anja Bezgovsek Turizm.fins.az –ın suallarını cavablandırıb. Biz Azərbaycan turizm şirkətlərinə ölkəmizin necə maraqlı bir turizm bölgəsi olmağı barədə məlumat verdik. Bizim təqdim etdiyimiz deviz Sloveniya yaşıl, aktiv, sağlam sloqanıdır deyə xanım Anja  Bezgovsek bildirib. O Sloveniyada 5 ulduzlu otellərin sayını hazırda çoxaldılması barədə işlərin aparıldığını qeyd edib. Bizdə Sloveniyaya nə Azərbaycandan nə qədər turist gəlməsi barədə statistika yoxdur. Amma ölkənizdən Sloveniyaya çoxlu sayda turistlər gəlir və bu rəqəm günü-gündən artmaqdadır. Elə bizim ölkədən də Azərbaycana gəlmək istəyən turistlər az deyil deyə Sloveniyanın turizm təmsilçisi əlavə edib.

Bizim ölkədə ən çox nə xoşunuza gəlir sualına Anja Bezgovsek Azərbaycan xalqının güləriz yardımçı və mehriban olma xüsusiyyətlərini olması onun çox xoşuna gəldiyini bildirdi. O azərbaycanlıların hər addımda kömək olduqlarını bildirdi.

Nə üçün Azərbaycan turistləri məhz digər Avropa ölkələrini yox Sloveniyanı seçməlidirlər?

Ölkəmiz elə də böyük olmasa da gəzməli və görməli yerləri olduqca çoxdur. Bundan başqa özümüzə məxsus özəlliklərimiz var. Azərbaycanlılar arasında Raqoşkinə istirahət mərkəzi olduqca məşhurdur və hər il bura çoxlu sayda turist gəlir. Burada insanlar effektiv müalicə alır eyni zamanda yaxşı istirahət edirlər. Həmçinin bizim mətbəxdə çox xoşa gələn xüsusiyyətlərimizdən biridir.

Necə fikirləşirsiz Azərbaycanda istirahətlər Sloveniyalılar üçün necədir ucuz yoxsa baha ?

Fikrimcə əgər turistlər ən bahalı və dəbdəbəli  otellərdə qalmasa, onda Azərbaycanda istirahət etmək heç də bhalı deyil. Sloveniyadan Azərbaycana gələn turistlər Azərbaycandan ancaq razılıq ediblər , bunu mənə şəxsən sizin ölkədən Sloveniyaya qayıdan turistlər deyib deyə Anja Bezgovsek qeyd etdi 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır