Dünyanın ən qədim restoranı 293 yaşını qeyd edir
20 FEVRAL
453

Dünyanın ən qədim restoranı 293 yaşını qeyd edir

Hələ də müştərilərini qəbul edən dünyanın ən qədim restoranı bu yaxınlarda 293 yaşını qeyd edib. 3 əsrə yaxındır ki, yaşı olan  İspaniyanın paytaxtında yerləşən Sobrino de Botin restoranı “qocalığına”Ginnesin rekordlar kitabına düşüb,

1725-ci ildə fransalı Jan Botin həyat yoldaşı ilə birlikdə Madrid meydanına yaxın bir yerdə Kuçilleros küçəsində Casa Botin (Casa evi)açır. Uzun illər sonra onların yaxın qohumu bu məkanın adını dəyişdirərək restoranın indiki adını verir.

Restoranın məşhur qonaqları arasında yazışı Ernest Heminquey də olub. O hətta “Günəş də qalxır”əsərində bu restoran haqqında qeydlər edib.

Digər bir məşhur rəssam Fgransisko Goya  isə bu restoranda ofisiant işləyib.

Bu restoranda bir nəfərin nahar yeməyi orta hesabla 32 avro təşkil edir 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır