Bu aviaşirkət Bakıya uçuşları davam etdirəcək
20 FEVRAL
799

Bu aviaşirkət Bakıya uçuşları davam etdirəcək

Yay uçuş cədvəli çərçivəsində mayın 2-dən oktyabrın 25-dək “AirBaltic” aviaşirkəti Heydər Əliyev Beynəlxalq Aeroportuna uçuşları davam etdirəcək. Turizm.fins.az xəbər verir ki, bu barədə Heydər Əliyev Beynəlxalq Aeroportundan məlumat verilib.

Bildirilib ki, Riqa-Bakı-Riqa reysləri həftədə dörd dəfə (bazar ertəsi, çərşənbə, cümə axşamı və bazar günləri) müasir “Bombardier CS300” və “Boeing 737” təyyarələri ilə yerinə yetiriləcək.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır