Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası “Global Healthcare Travel Forum”unda təmsil olunub
22 FEVRAL
357

Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyası “Global Healthcare Travel Forum”unda təmsil olunub

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində Dubay Əmirliyinin himayəsi ilə “Global Healthcare Travel Forum”un (Qlobal Sağlıq Turizmi Forumu) növbəti forumum keçirilib. Forumda 30-a yaxın ölkədən 500-dən artıq nümayəndə iştirak edib. Azərbaycanı bu zirvədə Azərbaycan Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının (AHTTSA) baş koordinatoru Mirağa Seyidov təmsil edib. Fins.az xəbər verir ki,Mədəniyyət və Turizm Nazirliyindən AZƏRTAC-a bildirilib ki, zirvə toplantısının açılış mərasimində BƏƏ şəhzadəsi Sheikh Hamdan bin Mohammed bin Rashid Al Maktoum və digər mötəbər hökumət nümayəndələri iştirak ediblər.

Açılışdan sonra forum iki gün boyunca stend nümayişləri, panel və B2B görüşlər formatında davam etdirilib.

"Global Healthcare Travel Concil" stendində təmsil olunan AHTTSA sistemli şəkildə öz həmkarlarına Azərbaycan sağlamlıq turizmi potensialı (Abşeron, Naftalan, Qalaalti, Duzdağ, Qəbələ, İstisu və s.) haqda geniş məlumat verib, qonaqlara turizm potensialını əks etdirən çap və elektron reklam-təbliğat materialları paylanıb. Müzakirə olunan aktual mövzular içərisində sağlamlıq turizminə qlobal baxış, qlobal sağlamlıq turizmi destinasiyaları, leqallaşma, tənzimləmə və akreditasiya, təhsil və tədqiqat, sağlamlıq turizmində ölkələrarası əməkdaşlıq, brendinq və marketinq strategiyaları, tibbi turizm olmuşdur.

Dubay Qlobal Sağlamlıq Turizmi Forumu iştirakçıları “Təcrübəni yenidən dərk etmə” sağlamlıq turizmi mövzusu ətrafında cəmləşmişdir. Tədbirin məqsədi səhiyyə və səyahət təcrübəsi sahəsində regional və qlobal bilik və təcrübə mübadiləsi üçün platforma yaratmaq üçün ictimai və özəl səhiyyə və turizm sahələrindən görkəmli liderləri və öncüləri bir araya gətirməkdir. Həmçinin, Forumun məqsədi Dünya miqyasında sağlamlıq turizmi inkişafı təcrübəsini artırmaq məqsədi gələcəyə yönəlmiş çağırışlardan yararlanaraq mədəniyyətlərarası dialoqlarla müsbət nəticələr əldə etməkdən ibarət olmuşdur.

Bu Forum eyni zamanda, dünyanın müxtəlif ölkələrindən olan sənaye liderləri, sağlamlıq turizmi səfirləri və populyar tibbi turizm yerlərinin uğurlu hekayələrini nümayiş etdirən Səfirlər Sammiti kimi də yadda qalıb. Digər görkəmli məruzəçilər isə qlobal tibbi turizm tətbiqlərini təkmilləşdirmək məqsədilə fikir mübadiləsi və məlumatların mübadiləsi aparacaq beynəlxalq sənaye mütəxəssisləri və tədqiqatçılar idilər.

Xatırladaq ki, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək Assosasiyasının prezidenti Ruslan Quliyev bu təşkilatda vitse-prezident postunda təmsil olunur.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır