Hotellər və Restoranlar Assosiasiyasının B2B aylıq yığıncağı keçirildi
23 FEVRAL
473

Hotellər və Restoranlar Assosiasiyasının B2B aylıq yığıncağı keçirildi

Hotellər və Restoranlar Assosiasiyası  B2B Aylığ Yığıncağını keçirib. Turizm.fins.az xəbər verir ki,tədbirdə bir sıra hotellərin, restoranların, turizm agentliklərinin və HORECA ətrafında  periferik sektorların nümayəndələri iştirak etmişdirlər.

Açılış sözülə çıxış edən Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndi iştirakçıları salamlamış və qeyd etmişdir ki, bu kimi görüşlər Assosiasiya tərəfindən mütəmadi keçirilirlər və keçiriləcəklər. O, belə tədbirlərin səmərəliyi və bu kimi biznes platformaların işgüzar əlaqələrin möhkəmlənməsi üçün faydalı olmasını qeyd etmişdir.

“Made in Azerbaijan” brendi altında fəaliyyət göstərən şirkətlərin məhsulları və xidmətləri ilk növbədə yerli istehlakçılar tərəfindən dəstəklənməlidirlər. Assosiasiya da bunun üçün HORECA sahəsində səmərəli addımlar atır.” – S.Dübəndi çıxışında qeyd etmişdir.

“Hotellərin Satış Strategiyası” mövzusu ilə Hyatt Regency Baku Hotelin Satış və Marketinq Şöbəsinin rəhbəri Katya Ponamarenko çıxış etmiş və iştirakçıları maraqlandıran sualları cavablandırmışdır.

Tədbirin digər məruzəçisi, Ukraynanın Azərbaycandakı Səfirliyinin iqtisadi məsələlər üzrə Müşaviri Sergey Ştelyuk Ukrayna Azərbaycan arasında iqtisadi əlaqələri və xüsusilə də turizm əlaqələri haqqında danışmışdır.

Tədbir çərçivəsində Hotellər və Restoranlar Assosiasiyası və Destec Group, Kaffadan və Kutvan Group şirkətləri arasında Əməkdaşlıq Memorandumları imzalanmışdırlar.

Eyni zamanda tədbirin təşkilatı tərəfdaşları olan Destec Group, Translator.az şirkətləri tərəfindən təqdimatlar keçirilmişdirlər.

Digər tərəfdaş olan Kaffadan şirkəti qəhvə dequstasiyası keçirmiş və təklif etdiyi qəhvə növləri haqqında iştirakçıların fikirlərini öyrənmişdir.

Tədbirdə qonaqpərvərlik sənayesi üçün təklif edilən floristika nümunələri Katerina Savinkova tərəfindən keçirilən təqdimatda nümaiş edilmişdirlər.

Hotellər və Restoranlar Assosiasiyası tədbirin keçirilməsində təşkilatı dəstək göstərmiş Kaffadan, Destec Group, Translator.az şirkətlərinə və media dəstəyi göstərmiş CBC televiziya kanalı və Fins.az xəbərlər portalına öz təşəkkürünü bildirir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır