Almaniya, İtaliya, Fransa nə deməkdir? Avropa ölkələrinin adları nə məna verir?
25 FEVRAL
727

Almaniya, İtaliya, Fransa nə deməkdir? Avropa ölkələrinin adları nə məna verir?

Nə üçün İtaliya , İtaliya adlanır və ya Lixtenşteyn bu cür adlanır? Turizm.fins.az Avropa ölkələrinin adlarının necə yarandığını öyrənməyə çalışıb.

Bosniya və Hersoqavinya

Bosniya sözü Bosni çayının adından götürülüb. Hersoqavinya sözü isə Hersoq sözündən götürülüb. Bu söz vaxtı ikən xüsusi şəxslərə titul kimi verilirdi.

Vatikan

Vatikan, Vatikan, ölkəsinin üstündə yerləşdiyi təpəliyin adıdır. Qədim zamanlardan bu əraziləri Vatikanus adlandırıblar. Mənası  öncədən xəbər vermək deməkdir.

Lixtenşteyn

18-ci əsrdə indiki Lixtenşteynin ərazilərini  Hans-Adım adlı knyaz satın alır. 1719-cu ildə bu ərazidə formalaşan ölkəni də elə onun adı ilə adlandırırlar.

Makedoniya

Fərziyələrdən birinə görə Makedoniya sözü qədimdə yaşayan Makedona tayfalarının adından götürülüb. Lakin hazırda daha inandırıcı varion hesab edilir ki, bu söz illir sözü olub maket sözündən götürülüb mənası isə sürü deməkdir.

Moldova

Moldova öz adını Moldo çayından götürüb. Rəvayətlərə görə, ilk Moldova ərazisində knyaz bu çayın adını ov zamanı ölən  itininn şərəfinə Moldova adlandırıb.  Lakin bir qrup alimlər hesab edir ki, Moldova sözü qadim alman sözüdür və Mulde formasında işlənib. Mənası isə boş yerə deməkdir.

Fransa

Fransa sözü 5-ci əsrdən sonra bu ərazilərdə yaşamış Frank tayfasının adından götürülüb.

Avstriya

Belə ki, Karl Möhtərəminin vaxtında Qərm markası formalaşmışdı.  O zamanlar bu ərazilər Marchia Austriaca adlandırılırdı. Daha sonralar bu söz Avstriya kimi olaraq işlədilməyə başlanılıb.

İrlandiya

Qədim İrland dilində bu söz eirin kimi işlənilib. Mənası  qərbdə olan torpaq deməkdir. Qeyd edək ki, Irlandiya Avropadan qərbdə yerləşir.

İspaniya

Qədim Finikiya dilində İspaniya dovşanlar sahili deməkdir. Digər bir versiyaya görə İspaniya sözü qədim baskların espano sözündən yaranıb.

Niderland

Niderland sözünün mənası çökəklikdə olan ərazi deməkdir. Niderland torpaqlarının böyük bir hissəsi dəniz səviyyəsindən aşağıda yerləşir.  Hesab olunur ki, Holland sözü Alman sözü olan hoihal dan götürülüb mənası isə çökəklikdə olan torpaq deməkdir.

Almaniya

Deutschland latın sözü olub alman tayfalarının məskunlaşdığı yer deməkdir. Deutsch sözü qədim alman dilində duit-isc iki söz birləşməsindən əmələ gəlib.

Yunanıstan

Bu söz Yunanıstan ərazisində yaşayan yunan tayfalarının adından formalaşıb. Eqey dənizinin sahilində yerləşən ərazisi isə Ellada adlandırılıb. Burada yaşayanları isə ellinlər adlandırıblar.

İtaliya

Eramızdan əvvəl 3-cü əsrə qədər  qədim Romada Appennin yarımadasından olan İtalyanlar tayfası yaşayıb. Bu ərazilərin də adı bu tayfalardan götürülüb.

 

 

 

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır