Bu adada hər şey sərbəstdir
25 FEVRAL
1138

Bu adada hər şey sərbəstdir

Mərkəzi Amerikanın turizm ölkəsi Belizdə yerləşən Koko Plum adasına 21 yaşdan kiçik insanlar buraxılmır. Turizm.fins.az “Ölkə.Az”-a istinadən  xəbər verir ki, adada dünyanın bir çox yerində qadağan olunan şeylərə icazə verilir. İstəyənlərin çılpaq gəzə bildiyi Koko Plum adasında istirahət isə minlərlə dollara başa gəlir.

Dünyanın ən bahalı otellərindən biri bu adadadır. Oteldə 1 həftəlik istirahət etmək üçün adambaşına 6 min dollar xərc çəkilməlidir. 

Ancaq 6 min dollar pul verməklə iş tamamlanmır. İstirahət üçün qeydiyyatdan keçdikdən sonra növbənizin çatmasını gözləməlisiniz. Çünki adaya hər həftə 48 ziyarətçi qəbul edilir.

Oteldə gecələyəcəyiniz otaqlar ev formasındadır və bir-birindən xeyli uzaqda yerləşir.

Eləcə də bax: 16 günə 8 ölkəni səyahət edin - QİYMƏTLƏR

Bir Azərbaycanlı gəncin Almaniyada təhsil alması üçün ilkin şərtlər

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır