Nə üçün immiqrantlar Kanadanı tərk edir ? – SƏBƏBLƏR
26 FEVRAL
4076

Nə üçün immiqrantlar Kanadanı tərk edir ? – SƏBƏBLƏR

Hər kəsin immiqrasiya etmək üçün öz motivasiya səbəbləri var.  Dünyanın əksər ölkələrində bir çox insanlar yaşadıqları ölkədən başqa bir ölkə köçməklə həyatlarında dəyişiklik etməyə can atırlar. Lakin bu dəyişiklik heç də həmişə uğurlu alınmır. Bu zaman başqa ölkəyə köçən şəxs yenidən öz ölkəsinə və ya başqa bir ölkəyə köçür. Bir çox immiqrantların məyus olduqları ölkələrdən biri də Kanadadır. Odur ki,Turizm.fins.az Kandaya köçən immiqrantların hansı səbəbdən öz ölkələrinə geri qayıtmaqlarını təqdim edir. Qeyd edək ki, bu məlumatı  Kanadanın statistika komitəsi açıqlayıb.

Statistikaya görə Kanadaya gələn hər 25-45 yaş arası immiqrant kişilərin 3-dən 1-i yenidən öz ölkəsinə qayıdır. Özüdə bu immiqrantın yaşadığı ilk bir il ərzində baş verir.

Bir çox insanlar var ki, onlar başqa yerdə nə qədər yaxşı yaşasalar da yenə də öz doğma yerləri və tanışları üçün darıxırlar. Statistika göstərir ki, Kanadanı məhz buna görə də tərk edənlər var.

Eləcə də bax: Polşada işləməyə yola düşə bilərsiniz - YÜKSƏK MAAŞ

Digər bir səbəb məyusluqdur. Bir çox immiqrantlar bu ölkəyə böyük arzularla gəlirlər. Lakin istədiklərini əldə edə bilmədikdən sonra geri qayıdırlar və anlayırlar ki yaşadıqları ölkədə heç də hər şey pis deyil.

Satistika göstərir ki, Kanadanı tək edənlər arasında bu ölkənin iqliminə uyğunlaşmayanlar da çoxdur.  Kanadanın bir hissəsində qış mövsümündə olduqca sərt şaxtalar olur. Digər bir hissəsində isə demək olar ki daim yağışlı olur hava. Odur ki, bir çoxları daim soyudan və yağışlı havadan bezərək bu ölkəni tərk edirlər.

Rəsmi statistikaya görə 25-54 yaş arası immiqrant kişilər Kanadada öz ixtisaslarına görə iş tapa bilmirlər. Bir çox hallarda başqa ölkədə yetərincə ixtisaslı kadr sayılan şəxs Kanadada hər şeyi yenidən başlamalı olur. Odur ki, bu hal çoxlarını qane etmir.

Yüksək vergi rüsumlarının olması da bu ölkəni tərk etməyə vadar edən amillərdən biridir.  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır