Azərbaycandan Gürcüstana səfər edənlərin sayı azalıb
05 MART
434

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı azalıb

Ötən ay Azərbaycandan Gürcüstana səfər edənlərin sayı 103 981 nəfər təşkil edib.

APA-nın yerli bürosunun Gürcüstanın Milli Turizm Administrasiyasına istinadən  verdiyi xəbərə görə, bu, ötən ilin fevral ayı ilə müqayisədə 2 383 nəfər və ya 2,2% azdır.

Fevral ayında Azərbaycandan Gürcüstana səfər edənlərin sayında azalma qeydə alınsa da, Azərbaycan qonşu ölkəyə səfər etmiş əcnəbilərin sayına görə birinci yeri saxlaya bilib.

Ötən ay Gürcüstana ümumilikdə  440 806  əcnəbi ziyarətçi səfər edib ki, bu da ötən ilin analoji göstəricisindən 19,8% çoxdur.

Ötən ay Azərbaycandan sonra Gürcüstana ən çox ziyarətçi Ermənistan (102 707 nəfər), Türkiyə (92 234), Rusiya (70 430) və İrandan (16 696) səfər edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır