Novruz bayramı ərəfəsində Bakıdan İranın 2 şəhərinə aviareys açılacaq
07 MART
497

Novruz bayramı ərəfəsində Bakıdan İranın 2 şəhərinə aviareys açılacaq

Bu il Novruz bayramında İrandan Azərbaycana gələn turistlərin sayı ötən illə müqayisədə az olacaq.

Turizm.fins.az xəbər verir ki, bunu Report-a açıqlamasında Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, qonşu ölkədə milli valyutanın dəyərdən düşməsi iranlıların maddi vəziyyətinə mənfi təsir edib. Üstəlik martın 20-dən İran hökuməti xaricə səyahətə gedənlərə tətbiq etdiyi vergini artıracaq. Belə ki, başqa ölkəyə hava nəqliyyatı ilə səfər edənlər 15 dollar deyil, 45 dollar, quru nəqliyyatı ilə səfər edənlər isə 7 dollar deyil, 15-20 dollar ödəməli olacaqlar. Bu da Azərbaycana gələn turislərin sayına mənfi təsir edəcək. 

Bununla belə, N.Bağırovun sözlərinə görə, "Azərbaycan Hava Yolları" QSC bayram ərəfəsində İranın 2 şəhərinə - Təbrizə və Urmiyaya aviareyslər açacaq və qonşu ölkədən turist axını stimullaşdırılacaq. Birləşmiş Ərəb Əmirliklərinin "Etihad Airways” şirkətinin Abu-Dabidən Bakıya həyata keçirəcəyi uçuşlar hesabına isə ərəb turistlərin Azərbaycana gəlməsi təmin olunacaq. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır