Azərbaycanla Hindistan arasında birbaşa aviareyslərin təşkili üçün danışıqlar aparılır
13 MART
264

Azərbaycanla Hindistan arasında birbaşa aviareyslərin təşkili üçün danışıqlar aparılır

"Azərbaycan və Hindistan arasında birbaşa uçuşların təşkili üçün danışıqlar aparılır".   

Turizm.fins.az xəbərinə görə, bunu Hindistanın Azərbaycandakı səfiri Sanjay Rana "Hindistanın ən yaxşıları” adlı hind məhsullarının sərgisi ilə bağlı keçirilən mətbuat konfransında deyib. 
   
Səfir bildirib ki, sabah məsələ ilə bağlı Hindistandan Bakıya nümayəndə heyəti gələcək: "AZAL-la danışıqlar aparılacaq. Birbaşa reyslərin olması həm turizmin inkişafına, həm də iş adamlarının səfərlərinə töhfə verəcək. Bu istiqamətdə görüləsi işlər çoxdur".   
 
Səfir əlavə edib ki, Hindistanın “Ssn Pharma” əczaçı şirkəti "Gilan Holding"lə birgə müəssisə yaradılması üçün əlaqələr qurmağa başlayıb: "Digər əczaçı şirkətlərimiz də Pirallahı Sənaye kompleksi ilə əlaqələr qurmaqda maraqlıdır".

©Apa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır