Azərbaycana ən çox bu ölkədən gəliblər
14 MART
405

Azərbaycana ən çox bu ölkədən gəliblər

Dövlət Miqrasiya Xidmətinin təqdim etdiyi hesabata əsasən, 2017-ci ildə ölkəmizə gələn xarici vətəndaşların sayı 2016-cı illə müqayisədə 449 215 (20%) nəfər artaraq 2 691 998 nəfər olub. Turizm.fins.az xəbər verir ki, ölkəyə gələn xarici vətəndaşlardan 853 082 nəfəri Rusiya Federasiyası, 537 710 nəfəri Gürcüstan, 362 597 nəfəri İran, 301 553 nəfəri Türkiyə, 102 360 nəfəri Birləşmiş Ərəb Əmirlikləri, 62 454 nəfəri İraq, 57 756 nəfəri Ukrayna, 33 273 nəfəri Səudiyyə Ərəbistanı, 381 213 nəfəri isə digər ölkələrin vətəndaşlarıdır.

Mövcud göstəricilərə əsasən, mart, iyun, iyul, avqust və sentyabr ayları gələn xarici ziyarətçilərin sayı baxımından daha aktiv aylar olub. Digər tərəfdən, yanvar, fevral və aprel ayları daha aşağı göstəricilərlə yadda qalıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır