Azərbaycan Macarıstanla turizm sahəsində əməkdaşlıq edəcək
15 MART
292

Azərbaycan Macarıstanla turizm sahəsində əməkdaşlıq edəcək

Azərbaycan Turizm Assosiasiyası (AzTA) və Macarıstan Turizm Operatorları Assosiasiyası arasında əməkdaşlıq haqqında memorandum imzalayacaq.

AzTA-dan Tibb.fins.az-a bildiriblər ki, bu barədə razılıq assosiasiyada Azərbaycan-Macarıstan dostluq qrupunun üzvləri ilə keçirilən görüş çərçivəsində əldə olunub.

Görüş zamanı turizm sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub, həmçinin tərəflər aprel ayında AzTA üzvləri üçün infoturun təşkil edilməsi barədə razılığa gəliblər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır