Azərbaycanın sanatoriyalarının bu ölkədə təqdimatı olacaq
19 MART
246

Azərbaycanın sanatoriyalarının bu ölkədə təqdimatı olacaq

Özbəkistan turizm şirkətlərinin Azərbaycana marağını nəzərə alan Bakıdakı "Travelling Lab" turizm şirkəti martın 23-də "Hyatt Regency Tashkent" mehmanxanasında “Azərbaycanın turizm potensialı və müalicə-sağlamlıq mərkəzləri” adlı təqdimat keçirəcək. Məlumata görə, Daşkənddəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) dəstəyi ilə reallaşacaq təqdimatda Özbəkistanın çoxsaylı turizm şirkətlərinin nümayəndələri və jurnalistlər iştirak edəcək.

Təqdimatın məqsədi Özbəkistanın turizm şirkətlərinin diqqətini Azərbaycana yönəltmək, ölkələrimiz arasındakı dostluq və turizm əlaqələrini daha da genişləndirməkdən ibarətdir.

Tədbir çərçivəsində paytaxt Bakıda fəaliyyət göstərən otellərin, Naftalan və Naxçıvandakı Duzdağ müalicə-sağlamlıq sanatoriyalarının təqdimatı da nəzərdə tutulub.

Bundan başqa "Baku Expo 2025" adlı videomaterial, “Azərbaycan Qafqazın dürdanəsi” adlı fotosərgi və Azərbaycan-Özbəkistan dostluğuna aid klip nümayiş etdiriləcək.

Sonda AMM-nin hazırladığı konsert proqramı təqdim olunacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır