“Qatar Airways” Moskva aeroportundan pay alacaq
26 MART
318

“Qatar Airways” Moskva aeroportundan pay alacaq

“Qatar Airways” şirkət Moskvanın (Rusiya) Vnukovo Beynəlxalq Aeroportundan 25%-lik pay alacaq. Turizm.fins.az“Report”a istinadən xəbər verir ki, bu barədə Rusiya mətbuatında məlumat yer alıb. Aviaşirkətin baş direktoru Əkbər Əl-Bakirin  sözlərinə görə, bununla bağlı razılaşma Qətər əmiri Təmim bin Həməd Al Saninin bu gün Rusiyaya səfəri çərçibəsində imzalanacaq.

Xatırladaq ki, sözügedən hava limanı Moskvada fəaliyyət göstərən 3 aeroportdan biridir. Ötən il onun sərnişin dövriyyəsi 30,1% artaraq 18,1 mln. nəfərə çatıb. Hazırda “Vnukovo”nun səhmlərinin 25%-i Rusiyanın dövlət əmlakının idarə edilməsi üzrə federal agentliyinə (“Rosimuşestvo”), qalanı isə müxtəlif şirkətlərə məxsusdur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır