"Etihad Airways" Bakıya uçuşların effektivliyini artırmaq üçün Kod-şerinq müqaviləsi bağlayıb
27 MART
267

"Etihad Airways" Bakıya uçuşların effektivliyini artırmaq üçün Kod-şerinq müqaviləsi bağlayıb

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) "Etihad Airways" şirkəti bu ayın əvvəlindən Bakıya həyata keçirdiyi uçuşarı daha effektiv təşkil etmək üçün Seyşel adalarının "Air Seychelles" şirkəti ilə kod-şerinq müqaviləsi bağlayıb. 

Turizm.fins.az "Report"a istinadən xəbər verir ki, bu müqavilə əsasında Bakı-Abu Dabi aviareysi həftədə 3 dəfə həyata keçiriləcək. 

Son nəticədə Azərbaycan paytaxtı ilə Seyşel adaları arasında hava əlaqəsi asanlaşacaq. Qeyd edək ki, "Air Seychelles" də Abu-Dabiyə uçuşlar yerinə yetirir. 

"Air Seychelles"in əsas icraedici direktoru Remko Altuis bildirib ki, müqavilə Azərbaycan və BƏƏ arasındakı uçuşlara artan tələbata uyğundur. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır