Demping edən turizm şirkətinə ciddi xəbərdarlıq - AZƏRABCANDA
27 MART
563

Demping edən turizm şirkətinə ciddi xəbərdarlıq - AZƏRABCANDA

Azərbaycan Turizm Assosiasiyasına Twins Travel turizm şirkətinin “demping” etməsi ilə bağlı şikayət daxil olub. Turizm.Fins.az xəbər verir ki, şikayət əsasında Twins Travel turizm şirkətinin Summertour operatoru tərəfindən verilmiş pultu bağlanmış və məsələ araşdırılması üçün Assosiasiyanın Getmə Turizmi Komitəsinə yönləndirilmişdir. Komitə məsələyə baxaraq, ətraflı araşdırma nəticəsində qərara gəlib  ki, Twins Travel turizm şirkəti həqiqətən də müqavilənin bəndini pozaraq “ Dempingə ” yol verib. Bu səbəblə komitə tərəfindən Twins Travel turizm şirkətinin pultunun 1 avqust 2018 – ci il tarixinə qədər bağlı qalmasına qərar verib. Assosiasiya olaraq hər zaman dempingin əleyhinəyik və daima olaraq bu məsələ ilə mübarizə aparırıq deyə qurumdan bildirilib

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır