Bakı-Ufa aviareysi açılacaq
28 MART
363

Bakı-Ufa aviareysi açılacaq

Yaxın vaxtlarda Bakıdan Rusiyanın Ufa şəhərinə (Başqırdıstan) aviareys açılacaq.

Turizm.fins.az xəbər verir ki, bunu "Report"a Azərbaycan Turizm Assosiasiyasının (AzTA) İdarə Heyətinin sədri Nahid Bağırov deyib.

Onun sözlərinə görə, hazırda uçuşların təşkili üçün danışıqlar aparılır. 

N.Bağırov onu da qeyd edib ki, paralel olaraq bir sıra ərəb ölkələrindən Azərbaycana aviareyslərin açılması üçün də danışıqlar gedir: "Yaya qədər birbaşa uçuşlar olacaq", - deyə o, bildirib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır