“AITF 2018” sərgisində 90-dan çox turizm istiqaməti təqdim olunacaq
03 APREL
266

“AITF 2018” sərgisində 90-dan çox turizm istiqaməti təqdim olunacaq

Aprelin 5-dən 7-dək ndə regionda turizm sənayesi üzrə aparıcı tədbirlərdən biri olan 17-ci Azərbaycan Beynəlxalq “Turizm və Səyahətlər” (“AITF 2018”) sərgisi keçiriləcək.

“AITF” sərgisi turizm sahəsində ən populyar və əhəmiyyətli tədbirlərdən biridir. Hər il nəhəng turizm agentliklərinin nümayəndələri və həyatını digər ölkə, region və şəhərlərə səyahətsiz təsəvvür etməyən insanlar səbirsizliklə bu tədbiri gözləyirlər.

“Iteca Caspian” şirkətindən bildirilib ki, bu il sərgidə 18-dən çox ölkə iştirak edir. Onların arasında Belarus, Bolqarıstan, Çex, Dominikan, Gürcüstan, Hindistan, İndoneziya, İran, İspaniya, İtaliya, Mərakeş, Rusiya, Sloveniya, Tailand, Türkiyə, Ukrayna və digər ölkələri təmsil edən şirkətlər yer alır.

Tədbirin əsas fərqləndirici cəhəti ondan ibarətdir ki, burada dünyanın müxtəlif guşələrindən gələrək öz ölkələrini turizm xidmətlərinin bütün aspektləri baxımından təmsil edən və hər bir müştərini yaxından maraqlandırmaq üçün əllərindən gələni əsirgəməyən çox sayda milli qruplar iştirak edəcəklər. Onlar Avropa ölkələri və ekzotik adaların hələ tədqiq olunmamış guşələrinə səfər etməyi təklif edəcəklər. Həmçinin 90-dan çox turizm istiqaməti təqdim olunacaq. Sərgi yeni turizm marşrutları və qeyri-adi turlar ilə yanaşı, həm də hər bir şirkətin qiymət siyasəti barədə məlumat toplamaq üçün unikal imkandır.

Bu il təşkilatçılar tərəfindən geniş işgüzar və əyləncə proqramı nəzərdə tutulub. Sərginin sonuncu iş günü səyahətlər festivalı keçiriləcək. Sərgi çərçivəsində təşkil olunan bu mədəniyyət tədbiri iştirakçı ölkələrin səhnə quruluşları və mədəniyyət çıxışları vasitəsilə öz ölkələrinin mədəniyyətlərini nümayiş etdirmələri üçün ideal platformadır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır