Omandan Bakıya birbaşa reys açılır - TARİX
04 APREL
231

Omandan Bakıya birbaşa reys açılır - TARİX

Omanın "SalamAir" ilk büdcə aviaşirkəti iyunun 14-dən başlayaraq yay uçuş cədvəli çərçivəsində Maskat-Bakı reyslərinə başlayır.

Turizm.fins.az xəbər verir ki, bu barədə “Times Oman” nəşrinə istinadla xəbər verir. Məlumata görə, uçuşlar sentyabrın 4-dək həftədə iki dəfə həyata keçiriləcək.

Maskatdan təyyarə çərşənbə axşamı və cümə axşamı günləri saat 23:05-də, Bakıdan çərşənbə və cümə günləri saat 03:20-də yola düşəcək.

“SalamAir” Bakı ilə yanaşı Tbilisiyə də reys açır.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır