Bu şəxslər Hindistana vizasız gedə biləcək
04 APREL
386

Bu şəxslər Hindistana vizasız gedə biləcək

Azərbaycan və Hindistan diplomatik və xidməti pasport sahibləri üçün vizaların ləğvi barədə saziş imzalayıb.

"Report" xəbər verir ki, saziş bu gün Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla hindistanlı həmkarı Suşma Svarac arasında Bakıda keçirilən görüşün yekununda imzalanıb.

Görüş zamanı XİN başçıları Azərbaycanla Hindistan arasında bir sıra sahələrdə, o cümlədən iqtisadiyyat, ticarət və mədəniyyət sahələrində ikitərəfli əməkdaşlığın inkişafı, eləcə də ən aktual regional məsələləri müzakirə ediblər.

Həmçinin ADA Universiteti ilə Hindistan Xarici İşlər Nazirliyi yanında Xarici Xidmət İnstitutu arasında anlaşma memorandumu imzalanıb. Memorandumu ADA Universitetinin rektoru Hafiz Paşayev və Hindistan XİN-in katibi Ruçi Qranaşyam imzalayıblar.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır