"THY" rekorda imza atıb
12 APREL
588

"THY" rekorda imza atıb

Cari ilin yanvar-mart aylarında “Türk Hava Yolları” aviaşirkəti tarixində sözügedən dövr üzrə yüklənmə səviyyəsinin rekord göstəricisinə müvəffəq olub– 80,5%. Artım 6,5 faiz bəndi təşkil edib.

Yanvar və fevralda daşınan sərnişinlər sayının ikirəqəmli artımı mart ayında da davam edib. Bu göstərici 24% artaraq 6 milyona çatıb. Sərnişin axının artması nəticəsində mart ayı üzrə yüklənmə səviyyəsi son beş il ərzində rekorda çatıb – 82%.

Martda reyslərin yüklənmə səviyyəsi 6 faiz bəndi,kreslo-kilometrlərin sayı isə13% artıb. Beynəlxalq aviareyslərdə yüklənmə səviyyəsi təqribən 6 faiz bəndi artaraq, 81,7% təşkil edib, daxili aviareyslərdə isə yüklənmə səviyyəsi 84%-dək artıb.

Ötən il iyulda başlayan tələbatın ikirəqəmli artımı mart ayında22%-lik artım ilə davam edib.

Ötən ay beynəlxalq aviareyslər üzrə sərnişindaşıma 28% artıb (tranzit sərnişinlər istisna olmaqla). Bu, Türkiyəyə artan marağın mühüm göstəricisi olub.

Mart ayında daşınan yüklərin/poçtun həcmi əvvəlki ilin analoji ayı ilə müqayisədə 29% artıb. Artım əsasən Şımalı Amerika (49%), Orta Şərq (42%), Afrika (38%) və Avropanın (32%) hesabına baş verib.

Hesabat ayında reyslərin yüklənmə səviyyəsi bütün regionlar üzrə artıb. Şimali, Mərkəzi və Cənubi Amerika, Afrika və Avropa üzrə göstəricilər müvafiq olaraq 12, 10, 10 və 5 faiz bəndi artıb.

İlin birinci rübündə tələbat və sərnişinlərin ümumi sayı əvvəlki illə müqayisədə müvafiq olaraq 25% və 29% artıb. Aviaşirkətin ümumi sərnişin axını 17 milyona çatıb.

“Birinci rübdə reyslərin ümumi yüklənmə səviyyəsi6,5 faiz bəndi artaraq 80,5%-ə çatıb, bununla da qlobal aviadaşıyıcı tarixində birinci rüb üzrə yüklənmə səviyyəsinin ən yüksəkgöstəricisinə müvəffəq olub. Beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsi 7 faiz bəndi artaraq 80%-əçatıb, daxili reyslər üzrə yüklənmə səviyyəsi isə 4 faiz bəndi artaraq 85% təşkil edib.Beləliklə, “Türk Hava Yolları” son beş il ərzində birinci rübdə beynəlxalq reyslər üzrə yüklənmə səviyyəsinin ən yüksəkgöstəricisinə və tarixində daxili reyslər üzrə yüklənmə səviyyəsinin rekord göstəricisinənail olub”, - deyə aviaşirkətin məliumatında bildirilir.

 

Mart ayında daşınan yüklərin və poçtun həcminin mühüm artımı sayəsində cari ilin ilk rübündə bu göstərici 38% artaraq 312 min tona çatıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır