Azərbaycan Çində keçirilən “COTTM 2018” beynəlxalq turizm sərgisində təmsil olunur
16 APREL
511

Azərbaycan Çində keçirilən “COTTM 2018” beynəlxalq turizm sərgisində təmsil olunur

Mədəniyyət və Turizm Nazirliyi bu gündən başlayaraq aprelin 18-nə qədər Pekində (Çin) keçiriləcək “COTTM 2018” beynəlxalq turizm sərgisində təmsil olunur.

Nazirlikdən verilən məlumata görə, bu məqsədlə nazirliyin turizm şöbəsinin planlaşdırma və inkişaf sektorunun böyük məsləhətçisi Cavid Abdullayev Çin paytaxtındadır. 

Ölkəni nazirliklə yanaşı, Azərbaycan Konqreslər Bürosu, “Şahdağ” Turizm Mərkəzi QSC, "Azərbaycan Hava Yolları" QSC (AZAL), “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi” publik hüquqi şəxs, eləcə də 18 yerli turizm şirkəti və 3 mehmanxana təmsil edir.

Adıçəkilən sərgidə ölkənin turizm imkanlarını əks etdirən 40 kv.m sahədə xüsusi layihə əsasında milli stend quraşdırılıb və sərgiyə gələn ziyarətçi və iştirakçılara paylanması üçün çin və ingilis dillərində müxtəlif növ reklam-çap məhsulları verilib.

Tədbirdə Azərbaycanla yanaşı, 70-ə yaxın ölkə və 550-yə yaxın şirkət təmsil olunur.

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır