Bu ölkəyə getsəniz çıxanda rüsum ödəməli olacaqsınız
20 APREL
821

Bu ölkəyə getsəniz çıxanda rüsum ödəməli olacaqsınız

Yaponiyadan dəniz və hava yolu ilə çıxan turistlər rüsum ödəməli olacaq.

Turizm.fins.az-ın məlumatına görə, 2019-cu ilin yanvarından başlayaraq turistlərə 1000 yen (9 dollar) məbləğində “ölkədən çıxış” rüsumu tətbiq olunacaq.

Qeyd olunur ki, bu qərar ölkəyə 2020-ci Olimpiya oyunları ilə əlaqədar turist axınının çoxalması ilə əlaqədar qəbul edilib. Rüsumdan əldə edilən gəlirlər infrastrukturun və turizm xidmətlərinin yaxşılaşdırılmasına yönəldiləcək.

Bu qərar nəticəsində Yaponiyanın büdcəsinə 350 milyon dolların daxil olacağı gözlənilir.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır