Azərbaycan Turizm Assosiasiyası kurslar təşkil edəcək
20 APREL
779

Azərbaycan Turizm Assosiasiyası kurslar təşkil edəcək

Turizm.fins.az xəbər verir ki, tezliklə Azərbaycan Turizm Assosiasiyasının təşkilatçılığı ilə Baku Guide Service – in tərkibində Ön Büro kursları fəaliyyətə başlayacaqdır. Kursun məqsədi yeni və peşəkar resepsionistlərin hazırlanması, onların peşəkarlıq səviyyəsinin artırılması və bununlada turistlərə daha da yüksək səviyyədə xidmət göstərilməsinin təmin olunmasıdır. Tədris materialları Azərbaycan və Rus dillərində təmin olunacaq və 2 ay müddətində davam edəcəkdir. Ödəniş haqqının 350 AZN olması nəzərdə tutulmuşdur. Təlimdə iştirak etmək üçün müraciətlər May ayının 1 – nə qədər qəbul olunur. Kursda iştirak etmək istəyən hər bir şəxs Azərbaycan Turizm Assosiasiyasının ofisinə müraciət edə bilər.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır