Ruslan Quliyev: "Artıq Azərbaycan xarici turistlər üçün ucuzlaşmış turizm ölkəsi sayılır"
20 APREL
473

Ruslan Quliyev: "Artıq Azərbaycan xarici turistlər üçün ucuzlaşmış turizm ölkəsi sayılır"

"Artıq Azərbaycan xarici turistlər üçün ucuzlaşmış turizm ölkəsi sayılır"

Turizm.fins.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Sağlamlıq və Termal Turizmə Dəstək Assosiasiyasının sədri Ruslan Quliyev deyib.

O qeyd edib ki, 10 il əvvəl bu sahədə vəziyyət o qədər də yaxşı olmayıb: "Biz bu problemləri mərhələli şəkildə həll edirik. Bölgələrdə 1-2 mehmanxananın ətrafında rəqib olmadıqca və parallel işləyən turizm şirkətlərinin olmaması qiymətlərin 1 qütblü inkişafına gətirib çıxarır. Devalivasiyadan sonra xarici turistlərin sayı 35 faiz azalıb. Bu gün turizm bazarında rəqabət o qədər güclüdür ki, bu qiymətləri hissə-hissə aşağı salır. Ancaq amansız rəqabət aparılmamalıdır".

R.Quliyev bildirib ki, bayramlar ərəfəsində bölglərdə və Bakıda yer tapmaq müşkül məsələyə çevirilir: "Artıq Azərbaycan vətəndaşları da erkən rezervasiyalarda iştirak etməyə başlayıblar. İstər xarici, istər yeri turistlər erkən rezervasiya ilə büdcələrinə və istəklərinə uyğun bir qiymət əldə edə bilərlər".

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır