Səudiyyə Ərəbistanının lou-kost şirkəti Bakıya uçuşlara başlayır
24 APREL
397

Səudiyyə Ərəbistanının lou-kost şirkəti Bakıya uçuşlara başlayır

Səudiyyə Ərəbistanına məxsus lou-kost aviaşirkəti olan “Flynas” 2018-ci ilin yayından etibarən Bakıya uçuşlar həyata keçirəcək.

Turizm.fins.az-ın məlumatına görə, bu barədə “The National” nəşri şirkətin baş direktoru Bəndər əl-Muhannaya istinadən xəbər verir.

Baş direktor bildirib ki, bu ilin yayından şirkət beş istiqamət üzrə - Gürcüstan (Tbilisi), Azərbaycan (Bakı), Avstriya (Vyana), Yunanıstan (Afina) və Türkiyə (Trabzon) uçuşlara başlayacaq. "Artıq bu həftədən biletlərin satışına başlanacaq,” – deyə B. Muhanna qeyd edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır