Türkiyədə təyyarə biletlərini cəriməsiz qaytarmaq mümkün olacaq – TARİX
28 APREL
356

Türkiyədə təyyarə biletlərini cəriməsiz qaytarmaq mümkün olacaq – TARİX

 Türkiyə Hava Yollarının (THY) sərnişinləri seçki gününə aldıqları bileti dəyişdirə biləcəklər.

Fins.az xəbər verir ki, bu barədə şirkətin baş direktoru Bülent Ekşi məlumat yayıb.

Onun sözlərinə görə, iyunun 24-də sərnişinlər THY-dan aldıqları biletləri heç bir cərimə ödəmədən qaytara bilərlər: "Bu təşəbbüsü həyata keçirməkdə məqsədimiz sərnişinlərin seçkidə iştirakını təmin etməkdir. Çünki həmin gün ölkəmizin tarixində mühüm hadisədir".

Xatırladaq ki, iyunun 24-də növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. 

© Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır