Həkimlər və turistlər məcburi sığortalana bilər
29 APREL
304

Həkimlər və turistlər məcburi sığortalana bilər

Hazırda iki sığorta növü üzrə İşçi Qrupu yaratmışıq. Həmin sığorta növlərinin icbariləşməsi üzərində təkliflər hazırlayırıq. Bu, həkimlərin peşə məsuliyyətinin icbari sığortası və səyahət sığortasıdır.

Bunu Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) sədri Mustafa Abbasbəyli bildirib. 

O qeyd edib ki, söhbət həm ölkə xaricinə, həm daxilinə səyahət edən turistlərin sığortasından gedir:

“Hazırda bu sığorta məhsulu könüllüdür. Səfər sığortası geniş istifadə edilir. Amma bir sıra ölkələr, məsələn, Avropa ölkələri bu sığortanı məcburi tələb edirlər. Eyni zamanda, turizm şirkətlərinin istehlakçılar qarşısında məsuliyyətinin müəyyən edilməsi üçün məsuliyyət sığortasının yaradılması da əhəmiyyətidir. 

Digər təklifimiz həkimlərin peşə məsuliyyətlərinin sığortası ilə bağlıdır. Bu sığorta bazarından daha çox, ölkənin sosial siyasətinə təsir edən bir məsələdir. Bütün dünyada həkim səhvindən əziyyət çəkən geniş kütlə var.

Təəssüf ki, bu, Azərbaycandan da yan keçmir. Statistik göstəricilər həkimlərin peşə səhvinin az olmadığı göstərir. Düşünürük, həkimlərin peşə məsuliyyəti sığortalanarsa, həkim səhvindən əziyyət çəkən, kompensasiyasını ala bilməyən və ya çətinliklə alan kütlənin zərərinin qarşılığını sığorta ödənişləri vastisəi ilə təmin edə bilərik. O insanların kompensasiyalara əlçatanlığı daha rahat olar”.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır