Türkiyədə seçki günü təyyarə biletlərini cəriməsiz qaytarmaq mümkün olacaq
30 APREL
212

Türkiyədə seçki günü təyyarə biletlərini cəriməsiz qaytarmaq mümkün olacaq

Türkiyə Hava Yollarının (THY) sərnişinləri seçki gününə aldıqları bileti dəyişdirə biləcəklər.

Turizm.fins.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin baş direktoru Bülent Ekşi məlumat yayıb.

Onun sözlərinə görə, iyunun 24-də sərnişinlər THY-dan aldıqları biletləri heç bir cərimə ödəmədən qaytara bilərlər: "Bu təşəbbüsü həyata keçirməkdə məqsədimiz sərnişinlərin seçkidə iştirakını təmin etməkdir. Çünki həmin gün ölkəmizin tarixində mühüm hadisədir".

Xatırladaq ki, iyunun 24-də növbədənkənar prezident və parlament seçkiləri keçiriləcək. 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır