Azərbaycandan Gürcüstana səfər edənlərin sayı artıb
03 MAY
283

Azərbaycandan Gürcüstana səfər edənlərin sayı artıb

Ötən ay Gürcüstana 596 703 əcnəbi ziyarətçi səfər edib.

Turizm.fins.az , Apa-nın yerli bürosu Gürcüstanın Milli Turizm Administrasiyanın məlumatına istinadla xəbər verir ki, bu, ötən ilin aprel ayı ilə müqayisədə 85 960 nəfər və ya 16,8% çoxdur.

Gürcüstanda 24 saat və ya ondan çox müddətdə olmuş turistlərin sayı isə 278 032 nəfər (+24,9%) təşkil edib.

Aprel ayında Azərbaycandan qonşu ölkəyə səfər edənlərin sayında 10,4% artım qeydə alınıb.

Gürcüstana Azərbaycandan sonra ən çox səfər Rusiya, Türkiyə, Ermənistan və İrandan edilib.

Yanvar-aprel aylarında isə Gürcüstana 2 060 264 nəfər (+15,9%) əcnəbi ziyarətçi, 937 370 nəfər turist (+27,2%) səfər edib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır