Ərəb turistləri bu ölkədən gələnlər əvəz edə bilər - MÜSAHİBƏ
14 MAY
3168

Ərəb turistləri bu ölkədən gələnlər əvəz edə bilər - MÜSAHİBƏ

Artıq uzun müddətdir ki, ölkəmizdə fəaliyyət göstərən turizm şirkətlərindən biri də Baku Travel and Tourism  şirkətidir. Müştərilərinə müxtəlif növ turizm xidmətləri göstərən bu şirkət 2011-ci ildən çalışır. Turizm.fins.az Baku Travel and Tourism-in icraçı direktoru ilə Əziz Şiriyevlə ölkə turizmimizin bir çox sahələri ilə həmsöhbət olub. Məlumat üçün bildirək ki, Əziz Şiriyev həmçinin Azərbaycan Turizm Assosiasiyasında daxili turizm komissiyasının sədri, incoming komitəsinin üzvü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyində  texniki komitənin üzvü və Azərbaycan sahibkarlar konfederasiyasının turizm komissiyasının sərd müavinidir.

Əziz Şiriyev Turizm.fins.az müsahibəsi zamanı bildirib ki, öz bililikləri barədə təlimlərdə də bu sahədə gənc turizm işçiləri ilə bölüşür. Odur ki, elə ilk sualımız təşkil olunan turizm sahəsində təlimlərlə bağlı oldu.

İlk növbədə insan işindən zövq almalıdır. Əgər çalışdığınız işdən zövq alırsızsa bu iş sizə gəlir gətirəcək.  Şəxsən mən özüm təlim keçirirəm. Bu təlim zərurətdən irəli gəldi. 10 ilə yaxın təcrübə və gördüyümüz işlər, mənim bu təlimləri həyata keçirməyimə imkan verir. Yeni-yeni turizm şirkətlərinin açılması peşəkar işçilərin olmasına da tələbat yaradır. Hazırda ölkəmizdə bu gün turizm sahəsində peşəkar kadr çatışmamazlığı var. Hal-hazırda turizm universitetinin tərkibində 6 aylıq bələdçilik kursları var. Bu kurslar ödənişli əsaslarnandı. Həmçinin turizm assosiasiyanın tərkibində də 3 aylıq turizm kursları var. Bu bələdçilik kurslarıdır.

Yeni yaranan turizm şirkətləri  bu sahədə uzun müddətdi ki, fəaliyyət göstərən biri kimi  məni tanıdıqlaqrına görə, bir təcrübəli şəxs kimi mənə müraciət etdilər ki, onların işçilərinə təlim keçim. Bundan sonra 8 gəlmə turizmi üçün, 8-də daxili turizm təlimi üçün təlim proqramı hazırladım. Yaxın gələcəkdə bu təlimləri bitirənlərə beynəlxalq dərəcəli sertifikat təqdim etmək kimi planlarımız var. Həmçinin onu da qeyd edimki, kurslarımızda tələbələrimiz yalnız şifahi deyil həmçinin praktik cəhətdən də bu sahədə bilik əldə edirlər.

Artıq qarşıdan istirahət mövsümü yaxınlaşır. Bu isə o deməkdir ki, bir çoxları istirahətə gedəcək. Azərbaycanlı turistlərin isə gedəcəyi yalnız bir və ya iki istiqamət var Türkiyə və Gürcüstan . Necə fikirləşirsiz bu tendensiya niyə dəyişmir?

Mən deyərdim ki, all-inclusive sistemi bəlkə də elə azərbaycanlı turistlər üçün nəzərdə tutulub. Çünki bizim turistlər əsasən passiv istirahəti seçir. Əgər turist bir yerdə qalırsa qidalanmağı,istirahəti hamısı bir ərazini əhatə edirsə bu artıq passiv istirahət hesab olunur. Azərbaycanlı turistlərin hamısı olmasa da bir çoxu məhz passiv istirahət növünü seçirlər. 

Demək olarki, xarici turlar arasında ən ucuzu elə Türkiyədir?

Belə demək olar. Ümumiyyətlə Azərbaycan vətəndaşlarının ən çox getdiyi yerlər Dubay, Şərm-Əl-Şeyx,Türkiyə və Gürcüstan istirahət mərkəzləridir.   Gürcüstan digər yerlərlə müqayisdə daha ucuzdur. Həmçinin daha yaxındır. Bu ölkəyə gedənlər adətən turizm şirkətlərinin xidmətlərindən istrifadə etmirlər. Qışda isə ən çox azərbaycanlı turistlər  Dubaya səfər edirlər. Yayda Dubay şəhəri çox isti olduğundan bu istiqamətə turist kimi səfər edənlər demək olar ki, olmur. Yayda Türkiyə bizim turistlər üçün bir növ alternativsiz istiqamət olur.  Ən çox da Alanya, Quş adası, Marmaris, Antalya kimi istiqamətlər seçilir.

Əcnəbi turistlər Azərbaycana səfər edərkən daha çox hansı bölgələrə üstünlük verirlər?

İlk növbədə onu deyim ki, Azərbaycana ən çox hamımız bildiyimiz kimi İrandan, Ərəb ölkələrindən gəlirlər. Həmçinin Yaponiyadan, Hindistandan, Pakistandan,Türkiyədən, Rusiyadan, Çindən də çox sayda turistlər gəlir.  Statistikaya görə ən çox Rusiyadan turistlər gəlir ölkəmizə , Buna bir çox səbəblər var. Bunlardan biri də iki ölkə arasında dəmir yolunun olmasıdır. Ruslar turizm şirkətlərinin vasitəçiliyi olmadan da ölkəmizə çox asanlıqla gələ bilirlər.

Hər ölkə turistinin özünün özəllikləri var. Misal üçün İrandan olan turistlər 4 ulduzlu otellərdə qalmağa , İraq turistləri 3-4 ulduzluda qalmağa üstünlük verirlər.  Amma Avropalı turist üçün otelin elə bir əhəmiyyəti olmur.  Avropalı turistlər hosteldə də qalır oteldə də, onlar üçün əsas olan səfər etdiyi yerin nə qədər maraqlı omasıdır. Misal üçün Lahıcda ilk  kanalizatsiya sistemin çəkilməsi , Xınalıq, Qobustan, yanar dağ  kimi yerlər Avropalı turistlər üçün olduqca maraqlıdır. Amma ərəb turistlər üçün bunu demək olmaz. Onlar üçün maraqlı olan dəbdəbəli həyatdır. Onlar 5 uldzlu otellərə üstünlük verirlər. Bu təkcə paytaxta gələn turistlər aid deyil. Bilirsiz ki, mövsümdə birbaşa Qəbələyə aviareys açılmışdı. Həmçinin Qəbələyə gələn ərəb turistlər də məhz dəbdəbəli otellərə üstünlük verirlər. Bu da əbəs yerə deyil. Çünki bu gün Qəbələ Azərbaycanın İsveçrəsidir. Qəbələ elə məkandır ki, burada bir çox maraqlı yerlər var. Misal üçün atıcılıq, atcılıq, Qəbələnd əyləncə mərkəzivə s. Bundan başqa Qəbələ otelləri  beynəlxalq standartlara cavab verir. Bu xüsusiyyətləri Quba otellərinə də şamil etmək olar. İlk növbədə Quba Bakıya yaxındır. Eyni zamanda bu bölgədə də bir çox böyük və müasir bütün standartlara cavab verən otellər var.

Hazırda yeni-yeni açılan turizm şirkətlərinin sayı durmadan artır. Necə fikirləşirsiz  bu şirkətlər necə işləməlidirlər ki, mənfəət əldə edə bilsinlər?

Bu gün Azərbaycan turizm bazarında turizm şirkətlərinin sayı durmadan artır. Hələki  bir tənzimləmə mexanizmi yoxdur. Register xidməti qüvvəyə minəndən sonra bu məsələ bir qədər dəyişəcək. Əvvəllər cəmi  289 turizm şirkəti var idi. Amma bu günlərdə artıq iki minə yaxın turizm şirkətinin olduğu vurğulanır. Bu şirkətlərin çox olmasının müsbət və mənfi tərəfləri var.  Misal üçün turizm şirkətləri hər hansı bir turisti aldada bilər. Bu zaman həmin şirkətin nömrəsinə zəng çatmasa və ya həmin şirkət bağlansa məsuliyyəti kim daşıyacaq.?! Hərhansısa turizm şirkətinin etdiyi səhv hərəkət ümumi ölkə turizmimizin imicinə təsir edir. Ona görə pul qazanmaq istəyən şirkətlərə tövsiyyə edərdim ki, öz keyfiyyətli xidmətləri ilə, özlərinə məxsus yeni tur paketləri ilə fərqlənsinlər. Standart paketləri hamı sata bilər. Misal üçün bu günləri  Bakı turizm bazarında bir çox şirkətlər ən məşhur otellərin paketlərini bizim şirkətdən alırlar.  Çünki bizdə münasib qiymətlər var. Bizim şirkət həmçinin yerli şirkətlər üçün bir növ topdan satış xdiməti göstərir. Bu özəllikdi artıq.

Bir müddət əvvəl  hindistanlı turistlərin ölkəmizə axın edəcəyi barədə fikirlər səsləndirilirdi. Hazırda bu sahədə vəziyyət nə yerdədir?

Hazırda Hindistandan və Pakistandan axın var. Amma bu ölkələrdən gələn turistlər daha çox burada fəaliyyət göstərən öz şirkətləri ilə əlaqə qurmağa üstünlük verirlər. Əslində Azərbaycan şirkətləri əsas rol oynamalıdırlar. Misal üçün Türkiyə sistemində bu belədir ki, ən aşağı qiyməti otellərdən türkiyə turizm şirkətləri alır. Xarici ölkənin turizm şirkəti istəyəndə ya yerli şirkətə yönəldir ya da elə qiymət deyir ki, özün məcbur yerli şirkətdən almalı olursan. Bu yerli turizm şirkətlərinə verilən bir dəyərdi. Lakin çox təəssüf ki, bu günlərdə bizim otellər bookingdə elə aşağı qiymət təklif edirlər ki, ya da turizmə aidiyyatı olmayan xarici şirkətlərə elə ucuz qiymətlər təklif edirlər ki, turizm şirkətləri onlara müraciət etməli olur. Əslində isə belə olmalı deyil. Turizm şirkətlərinə müraciət olunmalıdır. Çünki bu bizim işimizdir. Xarici partnyorlara verilən qiymətlər , yerli turizm şirkətlərinə verilən qiymətlərdən daha ucuz olur.

Bir məsələni də qeyd etmək istəyirəm ki, azərbaycanlı xarici ölkənin birində turizm şirkəti açamq istəsə ona həmin dəqiqə deyilir ki, siz yerli vətəndaşla şərik olmalısız. Amma bu günləri bizdə xarici vətəndaşların turizm şirkəti açmaq çox asan məsələdir. Çox gümanki bu ölkəmizdə sahibkarlığın inkişafına dəstək məqsədidir. Yəqin ki, buda gələcəkdə nəzərə alınacaq. Amma belə məsələlərə diqqət etmək lazımdır. Bu şirkətlər sonradan ölkəmizi beynəlxalq sərgilərdə təmsil edə bilər. Təsəvvür edirsiz hansısa xarici vətəndaş ölkəmizi özü istədiyi kimi təmsil edə bilər. Hesab edirəm ki, buna ciddi nəzarət olmalıdır.

Hazırda ən çox turistlər Körfəz ölkələrindən gəlir . Necə fikirləşirsiz gələcəkdə daha  hansı ölkələrdən çoxlu sayda turistlər gələ bilər?

Ərəb ölkələrindən turistlər gəlir. Bu çox gözəldi. Statistikaya görə ən çox səfərə çıxan və ən çox pul xərcləyən məhz çinli turistləridir. Çox gözəl məqamdı ki, Çin turistləri də ölkəmizə gəlir.  Ölkəmizdə olan müxtəlif beynəlxalq səviyyəli tədbirlər ölkəmizə gələn turistlərin sayını artırır. Çin bazarı bizim üçün önəmlidir. Müsbət tərəflərdən biri də odur ki, Çin bazarı bizə daha yaxındır. Onlar Avropa və ABŞ getməkdənsə bizim ölkəyə səfər etməyə üstünlük verə bilərlər.  Bundan başqa bir məqamda var ki, Çində bayramlar olanda hər şey elə baha olur ki, ən imkanlı adamlar ölkədə qalıb  bayram qeyd edə bilirlər. Bu zaman digər insanlar bu bayramlarda başqa ölkələr səfər edirlər.

 

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır