Azərbaycanla Türkiyə arasında aviareyslərin sayı 3 dəfə arta bilər
15 MAY
254

Azərbaycanla Türkiyə arasında aviareyslərin sayı 3 dəfə arta bilər

Azərbaycan ilə Türkiyə arasında yerinə yetirilən reyslərin sayı 3 dəfə arta bilər. 

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Dövlət Mülki Aviasiya Agentliyindən verilən məlumata görə, Türkiyədə keçirilən Aviasiya üzrə Beynəlxalq Konfransda iki ölkənin nümayəndə heyətləri bu məsələ ilə bağlı təkliflər mübadiləsi apararaq protokol layihəsini tərtib ediblər. Hazırda hava əlaqəsinin liberallaşdırılması şərtləri hər iki tərəfin aviasiya hakimiyyətləri tərəfindən öyrənilir.

Son qərarın verilməsi və protokolun imzalanması Azərbaycan ilə Türkiyənin mülki aviasiya orqanları arasında milli avaişirkətlərin iştirakı ilə ikitərəfli məsləhətləşmələrin keçirilməsindən sonra ən yaxın zamanda baş tuta bilər.

©Apa

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır