Shamakhi Palace Sharadil öz qapılarını qonaqlar üçün yenidən açır - FOTO
17 MAY
682

Shamakhi Palace Sharadil öz qapılarını qonaqlar üçün yenidən açır - FOTO

Azərbaycanın daxili və gəlmə turizmi üçün yüksək əhəmiyyət daşıyan Shamakhi Palace Sharadil otelinin yenidən açılış tarixi müəyyən olunub.

Şamaxı-Şirvan regionunun ən böyük otel kompleksi Shamakhi Palace Sharadil, təmir işlərindən sonra iyunun 1-dən etibarən qonaqların qəbuluna başlayacaq.

Yenilənmə işlərindən sonra otel yeni və əlvan rəngləri ilə daha canlı və gözoxşayan aurası ilə görənlərini heyran edir.

Bu müddət ərzində otelin xidmət səviyyəsinin premium səviyyəsində qorunub saxlanılmasına xüsusi diqqət yetirilib. Otel həmçinin yeni sezonda ziyarətçilərini yeni əyləncə və idman vasitələri, uşaq oyun parkı və həmçinin animatorlar tərəfindən yenilənmiş proqramlar ilə sevindirəcək.

Shamakhi Palace Sharadil buraya təşrif buyuranlar üçün dağların başına açılan heyranedici görüntüyə malik olan möhtəşəm və olduqca rahat otaq və kotecləri, həmçinin müxtəlif zövqləri nəzərə alaraq italyan, Azərbaycan mətbəxlərini və Steyk restoranını təklif edir.

Rezervasiya ilə bağlı aşağıdakı əlaqə vasitələrinə müraciət edə bilərsiniz:

Tel: (+99412) 585 80 80

E-mail: [email protected]

 

 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır