Bəhreyndən Bakıya reyslər başlayır
17 MAY
436

Bəhreyndən Bakıya reyslər başlayır

Bəhreynin "Gulf Air" aviaşirkəti 2018-ci il iyunun 12-dən etibarən Bəhreyndən Bakıya birbaşa reyslər yerinə yetirməyə başlayacaq.

Turizm.fins.az  xəbər verir ki, uçuşlar həftədə üç dəfə - çərşənbə axşamı, cümə axşamı və şənbə günləri yerinə yetiriləcək.

Təyyarə Bəhreyn hava limanından yerli vaxtla saat 01:20-də uçacaq, Bakıya isə yerli vaxtla saat 05:00-da çatacaq. Bakıdan uçuş saat 05:45-də həyata keçiriləcək, Bəhreynə isə yerli vaxtla saat 07:25-də çatacaq.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır