Azərbaycan ruslar üçün II ən ucuz çimərlik turizmi məkanıdır
18 MAY
396

Azərbaycan ruslar üçün II ən ucuz çimərlik turizmi məkanıdır

Ruslar arasında keçirilmiş sorğu nəticəsində məlum olub ki, Azərbaycan onlar üçün Abxaziyadan sonra II ən ucuz çimərlik turizmi məkanıdır. 

Bu barədə Turizm.fins.az Rusiya mətbuatına istinadən xəbər verir. 

Rəyi soruşulanların dediyinə görə, Azərbaycanda 2 həftə çimərlik turizmi xidmətindən istifadə etmək orta hesabla 1 609 ABŞ dollarına başa gəlir. Bu məbləğə aviabilet, qalmaq xərcləri daxildir. 

Qeyd edək ki, reytinq cədvəlində III yerdə isə Vietnam qərarlaşıb.

©Report

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır