Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Avropada qeyd olunur
22 MAY
470

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi Avropada qeyd olunur

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaradılmasının 100-cü ildönümü münasibətilə həm ölkə daxilində, həm ölkə xaricində tədbirlər qeyd olunmaqdadır. 

Turizm.fins.az xəbər verir ki, Şanlı Cümhuriyyət tariximiz barədə xarici ölkə vətəndaşlarına məlumat vermək məqsədi ilə gənc fəallar - Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) təmsilçisi Kamal Dadaşov və BF şirkətlər qrupunun təsisçisi Aydın Əhmədov Avropanın bir sıra şəhərlərində - Strasburqda (Fransa) və Cenevrədə (İsveçrə) tədbirlər keçiriblər. 

Strasburqda baş tutan tədbirdə çıxış edən Azərbaycanın Avropa Şurasıyanındakı daimi nümayəndəliyinin rəhbəri, səfir Emin Yaqubov AXC-nin tarixi, qurucuları, Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti, onun layiqli davamçısı Prezident Ilham Əliyevin apardığı siyasəti barədə danışıb. O, son illər Azərbaycanın iqtisadi inkişafından, aparılan daxili və xarici siyasət nəticəsində beynəlxalq arenadakı nüfuzunun artmasından bəhs edib. 

Daha sonra SOCAR-ın hazırladığı promo video çarx nümayiş etdirilib. 

Tədbirin təşkilatçısı A.Əhmədov isə çıxışında Azərbaycanın turizm potensialından, ölkəyə getdikcə güclənən turist axınından da danışıb. K.Dadaşov isə çıxışında SOCAR haqqında məlumat verərək, onun dünyadakı nüfuzundan bəhs edib. 

Cenevrədə baş tutan tədbirdə isə Azərbaycanın bu şəhərdəki BMT və digər beynəlxalq təşkilatlar yanında daimi nümayəndəliyisi,səfir Vaqif Sadıqov adından onun təmsilçisi Yusif Huseynov çıxış edib. O, vurğulayıb ki, indiki Azərbaycan o vaxtkı AXC-nin varisidir və onun bütün demokratik ənənələrinə sadiqdir. Daha sonra K.Dadaşov SOCAR-ın ölkədaxili və ölkəxarici layihələri, A.Əhmədov isə Prezident İlham Əliyevin turizmə qayğısı, Azərbaycanın turizm potensialı və Azərbaycanda keçirilən mühüm tədbirlər barədə məlumat verib, tələbələrin sualları cavablandırılıb.

Tədbirlərin sonunda iştirakçılara Azərbaycan nemətləri təqdim edilib, çay süfrəsi açılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır